Modern.az

Müəllim dərsə gecikən şagirdə döşəmə sildirib? – AÇIQLAMA

Müəllim dərsə gecikən şagirdə döşəmə sildirib? – AÇIQLAMA

Təhsil

6 Mart 2023, 15:56

Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki 4 saylı orta məktəbdə müəllimin dərsə gecikən şagirdi cəzalandırmaq məqsədilə döşəmə sildirdiyi iddia edilir. 

 

Modern.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

 

İddialara əsasən məktəbin oğlan şagirdi dərsə bir neçə dəqiqə gecikib. Cəmilə Quliyeva adlı müəllim şagirdə cəza vermək məqsədilə ona məktəbin dəhlizini sildirib və videoya çəkib.

 

Modern.az-ın əməkdaşı iddialarla bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb. İdarənin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Aysel Tahirova bildirib ki, faktla bağlı araşdırmalara başlanılıb: 

 

“Hazırda Regional İdarənin əməkdaşları sözügedən məktəbdədirlər və araşdırma aparırlar. Araşdırma nəticəsindən sonra müəllim barəsində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq tədbir görüləcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü