Yeni Azərbaycan Partiyasının bu gün keçirilən V qurultayında struktur dəyişikliyi edilib. Modern.az-ın məlumatına görə, partiyaya yeni sədr müavinləri seçilməklə yanaşı, icra katibinin müavinlərinin də sayı üçdən ikiyə endirilib. Belə ki, İcra Katibliyinin strukturunda edilən dəyişikliyə əsasən Milli Məclisin vitse-spikeri Bahar Muradova partiyanın icra katibinin müavini vəzifəsindən kənarda qalıb.
Qeyd edək ki, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı qurultayın qərarına əsasən YAP-ın icra katibinin müavinləri vəzifəsində qalıblar.
Modern.az