Modern.az

“El Hərəkatı”: “Qarabağın qaytarılması Milli Şuranın prioriteti olmalıdır”

“El Hərəkatı”: “Qarabağın qaytarılması Milli Şuranın prioriteti  olmalıdır”

8 İyun 2013, 16:06


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev YAP-ın V qurultayında çıxış edərkən qeyd edib ki, bəzi dairələrin hakimiyyəti əldə etmək üçün Qarabağ məsələsini də güzəştə gedəcəklərini vurğulayıb. Ölkənin aparıcı müxalifət partiyalarının isə Qarabağ məsələsində mövqeyi bəllidir.  Bəs yeni yaradılmış Milli Şura Qarabağ münaqişəsi ilə bağlı nə düşünür?

Bu barədə Modern.az-ın suallarını “El” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev cavablandırıb. O qeyd edib ki, Milli Şuranın əsas məqsədi şəffaf,  ədalətli seçkilərin keçirilməsi və demokratik qüvvələrin bir araya gəlməsi,  keçid hökumətinin yaradılmasıdır.

Qarabağ problemi barədə Milli Şuranın mövqeyini Eldəniz Quliyev belə açıqlayıb: “Hətta hakimiyyətə düşmən mövqe sərgiləyənlər də Qarabağ məsələsinə biganə yanaşmaz. Həmin qüvvələr inanmıram ki, Qarabağı güzəştə getməklə hakimiyyətə gəlməyə çalışsınlar. Qarabağı güzəştə getməklə hakimiyyətə gəlmək ağlasığmaz yanaşmadır. Qarabağ müqəddəs hisslərimizin ağrısıdır. Onun qaytarılması yeni yaranan qurumların da prioritet məsələlərindən biri olmalıdır”-deyə vurğulayıb.

Aqşin KƏRİMOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama