Modern.az

Ağasəlim Mircavadov Berti Foqtsu tənqid etdi: “Çoxlu səhvlər var”

Ağasəlim Mircavadov Berti Foqtsu tənqid etdi: “Çoxlu səhvlər var”

8 İyun 2013, 16:58
 

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov DÇ-2014 seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Lüksembur oyunu haqqında fikirlərini Modern.az-la bölüşüb. O, alman baş məqçi Berti Foqtsun çalışdırdığı milli komandamızın oyunu tənqid edib.

“Milimiz birinci hissədə çox çalışdı, Lüksemburq futbolçuları isə müdafiədə oynadılar. İlk hissədə bir çox real qol şanslarını boşa verdik. Bu da oyunun axarına təsirsiz ötüşmədi. İkinci hissədə isə meydanda tam başqa Lüksemburq gördük. Bizim futbolçular sanki bunu hiss etmədilər, əvəzində isə qol buraxdılar. Hesab bərabər olanda onlar bu oyunu qələbə ilə başa vura bilərdilər, 92 dəqiqədə qol vurmalıydılar. Ümumilikdə ikinci hissədə çox səhvlər oldu. Düzdür, qol vurduq, lakin kifayət qədər səhvlər oldu. Bu səhvlər hərtərəfli oldu, həm müdafiədə, həm də hücumda. İkinci hissədə yadda qalan heç nə olmadı. Lakin cinahlar dünənki oyunda pis çıxış etmədi. Amma əfsus ki, cərimə meydançasında oynayan futbolçu tapılmadı. Ümumiyyətlə, dünənki oyunda çoxlu problemlər ortaya çıxdı”.  

Abbas Qəmli
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama