Modern.az

Polis yol qəzasında öldü

Polis yol qəzasında öldü

10 İyun 2013, 09:50

Quba rayonunun Barlı kəndində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.  APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun 13-cü km-də qeydə alınıb.

Xaçmaz rayon sakini, 1971-ci il təvəllüdlü Hafiz Cavadovun idarə etdiyi 90 RB 993 dövlət nömrə nişanlı, “Niva” markalı avtomobil Qubadan Xaçmaz istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb.

Sürücü Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

H. Cavadov Siyəzən Rayon Polis Şöbəsinin baş çavuşudur.

Faktla bağlı araşdırma aparılır.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama