Modern.az

Nazir Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentin rəhbərini işdən çıxartdı

Nazir Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentin rəhbərini işdən çıxartdı

10 İyun 2013, 10:36

Bakı şəhərinin bir sıra rayonlarında, xüsusilə də Xətai rayonu ərazisində yaşıllıqların qanunsuz məhv edilərək yerində tikinti işlərinin aparılması, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinin pozulması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş şikayətlər Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı paytaxt ərazisində müxtəlif diametrli yaşköküstə ağacların kəsildiyi faktları aşkar olunub, ekoloji qanunvericiliyin pozulduğu, ətraf mühitin mühafizəsinə cavabdeh olan Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departametinin əməkdaşlarının Bakı şəhərində ətraf mühitin mühafizəsinə dövlət nəzarətinin qeyri-qənaətbəxş səviyyədə təşkil edildiyi müəyyən olunub. Xidməti ərazilərdə ekoloji qanunvericiliyin pozulmasına, xüsusilə yaşıllıqların məhv edilməsinə qarşı zəruri tədbirlər görülməməsinə, məlumat və şikayətlərin vaxtında araşdırılmamasına görə Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentin rəhbəri və digər məsul şəxslər  tutduqları vəzifədən azad ediliblər.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama