AXCP dünən Lənkəranda baş verən hadisələrlə bağlı Baş Prokurorluğa müraciət edib. Bu barədə Modern.az-a AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib. Partiya rəsmisinin sözlərinə görə, onların bu müraciəti formal xarakter daşıyır.
“Dünən Lənkəranda baş verən hadisələrlə bağlı bu gün prokurorluğa müraciət olunacaq. Amma qeyd edim ki, bizim bu müraciətdən hər hansl müsbət gözləntimiz yoxdur. Formal xarakter daşıyır. Ötən gün biz Daxili İşlər Nazirliyinə müraciət etdik. Bu içə baxan olmadı”-deyə F.Qəhrəmanlı bildirib.
Qeyd edək ki, dünən Lənkəranda müşavirə keçirmək AXCP rəhbərliyi təzyiqlərlə üzləşiblər. Lənkəranda xeyli sayda insan cəbhəçilərin əyləşdiyi maşının qarşısını kəsərək daş-qalaq ediblər. Hadisə zamanı avtomobilə küllü miqdarda ziyan dəyib, bir neçə cəbhəçi isə yaralanıb.
Anar RÜSTƏMOV