Xəzər dənizinin sahilindəki çimərlik ərazilərində aparılan mikrobioloji təhlillərin müqayisəli nəticələri
Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirir.
Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran sahil zolaqlarında və “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli təmizləyici qurğu quraşdırıb.
Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini həyata keçirir.
Nazirlik tərəfindən modul tipli çirkab sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınmışdır ki, bunun da nəticəsində Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur.
Belə ki, təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlamış, son 6 il ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı minimum həddə çatmışdır. Aparılan tədqiqatların nəticələrinə görə qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir.
Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi (Səbail rayonun Şıx və Qaradağ rayonun Sahil qəsəbəsinin çimərlik ərazisində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alın;b.
Belə ki, qeyd olunan bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıq müəyyən edilib.
2013-cü ilin may ayında Xəzər dənizinin sahilində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə, eləcə də digər çimərlik sahələrində aparılan mikrobioloji təhlillərin nəticələri aşağıdakı kimidir:
| Rayonun adı | Çimərliklərin adı | Mikrobioloji çirklənmə dərəcəsi, bağırsaq çöpü bakteriya qruplarının miqdarı (ədəd/litr) Norma göstəricisi < 5000 | |||||
2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | |||
1 | Sumqayıt | Sumqayıt | 11500-260000 çirkli | 10300-250000 çirkli | 11500-320700 çirkli | 10800-205700 çirkli | 10500-195200 çirkli | 36000-198000 çirkli |
2 | Binəqədi | *Novxanı | 9800-17000 çirkli | 7600-8900 çirkli | normal | normal | normal | normal |
3
| Sabunçu | *Pirşağı | normal | normal | normal | normal | normal | normal |
4
| Sabunçu | *Nardaran | normal | normal | normal | normal | normal | normal |
5
| Sabunçu | *Bilgəh | normal | normal | normal | normal | normal | normal |
6
| Xəzər | *Zaqulba | normal | normal | normal | normal | normal | normal |
7
| Xəzər | *Buzovna | normal | normal | normal | normal | normal | normal |
8
| Xəzər | *Mərdəkan | normal | normal | normal | normal | normal | normal |
9
| Xəzər | *Şüvəlan | normal | normal | normal | normal | normal | normal |
10 | Suraxanı | Hövsan | 15500-13000 çirkli | 14300-11000 çirkli | normal | normal | normal | normal |
11 | Səbail | Şıx | 7700-14300 çirkli | 7200-13500 çirkli | 6700-12900 çirkli | 6500-11800 çirkli | 6600-11900 çirkli | 69000 788000 çirkli |
12 | Qaradağ | Sahil | 7600-11400 çirkli | 7500-10500 çirkli | 5800-15300 çirkli | 5500-15000 çirkli | 5600-15100 çirkli | 24000-71000 çirkli |
Qeyd: < 5000 – normal
5000-10000 – zəif çirkli
>10000 – çirkli
* - lokal modul tipli təmizləyici qurğuların mövcud olduğu yerlər
Ekologia və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Abşeron yarımadasının sahil zolağında modul tipli təmizləyici qurğular quraşdırılmadan əvvəl dənizdən götürülən su nümunələri üzərində aparılmış təhlillər zamanı mikrobioloji baxımdan bağırsaq çöpü bakteriyalarının miqdarı normadan dəfələrlə artıq təyin edilib. Lakin ETSN tərəfindən modul tipli təmizləyici qurğular quraşdırıldıqdan sonra həmin ərazilərdə mütəmadi keçirilən monitorinqlər nəticəsində çirklilik dərəcəsinin tədricən azalması qeydə alınıb.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan təhlillərin nəticələrinə görə də qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir. ETSN və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən birgə keçirilən monitorinq zamanı dənizdən götürülən su nümunələri üzrərində aparılan laborator təhlillərin nəticələri qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarının minimum həddə çatmasını təsdiq edir. Göründüyü kimi, son 6 il ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı norma həddinə çatıb.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağında aparılan son tədqiqatların nəticələri bunu deməyə əsas verir ki, qeyd olunan qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonu “Şıx” çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.
Modern.az