Azərbaycan və Ermənistan xarici işlər nazirləri növbəti dəfə görüşəcəklər. Modern.az-ın məlumatına görə, görüş iki ölkə prezidentlərinin görüşünə hazırlıq məqsədi ilə iyun ayının sonlarında keçiriləcək. Bu barədə xarici işlər naziri Elmar Məmmədyari bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Nazir görüşün hansı formatda olacağının hələ ki bəlli olmadığını deyib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri sonuncu dəfə mayın 14-də Krakovda görüşüblər.
Modern.az