Modern.az

Yeni film: “Ya Qarabağ, ya ölüm” – Təqdimat

Yeni film: “Ya Qarabağ, ya ölüm” – Təqdimat

10 İyun 2013, 16:20

Bu gün Beynəlxaql Mətbuat Mərkəzində “Kaspi” qəzeti və Xocavənd rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Ya Qarabağ, ya ölüm” adlı filminin təqdimat mərasimi keçirilib.

 Modern.az-ın məlumatına görə, mərasimi giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb. “Sevgiylə, dünya ilə bağlı çoxsaylı əsərlər yaratmaq olar, mahnılar bəstələmək olar.  Bunların içərisində ana xətt kimi vətən mövzusu daha öndə dayanır. Bu film birbaşa vətənimizlə, qəsb olunmuş torpaqlarımızla bağlıdır”, – deyə Ə. Amaşov bildirib

Filmin yaradıcı heyətinin üzvləri olan Sona Vəliyeva, Bəxtiyar Qaraca və türk müğənni Əhməd Şəfəq filmlə bağlı təəssüratlarını bölüşüb.

Sona Vəliyeva filmin festivallarda böyük yerlər tutacağına əminliyini bildirib. “Qarabağ mövzusunda çəkilmiş bu film atlarla başlayır. At muraddır, sürətdir, at alınmayan torpaqlar uğrunda apardığımız mübarizənin rəmzidir. Filmin içində millətin unutqan olmayaraq torpaq itkisinə laqeyd qalmayaraq mübariz ruh əks olunub”.

Filmin ssenari müəllifi və rejissoru Bəxtiyar Qaraca da bildirdi ki, “Ya Qarabağ, ya ölüm” filminin çəkilməsində əsas məqsədin xalqımızın unutqan olmamasını bir daha xatırlatmaqdır.

“Filmdə məqsəd odur ki  müxtəlif mövzularda müxtəlif janrlarda yazılan əsərlərimizdə yaddaşımızı diri saxlaya bilək. Qarabağla bağlı o sakitliyi insanlara verməmək, özümüzə verməmək, yəni hər an xatırlamalıyıq və bilməliyik ki bizim belə bir dərdimiz var. Çalışdıq ki, bu filmdə türk-müsəlman dünyasının Qarabağla bağlı fikirlərini, düşüncələrini, duyğularını bir yerə cəmləşdirə bilək. Qarabağ Qəzza kimi böyük müsəlman dünyasının yarasıdır. Biz də həmin yaranı göstərmək istədik”.

Filmdə S. Vəliyevanın sözlərinə yazılmış mahnıların bir neçəsini ifa edən Əhməd Şəfəq öz ürək sözlərini deyib. “Mənim o filmdə iştirakıma gəlincə, ruhumun pəncərəsindən baxmaq lazımdır. Mənim üçün təkcə Azərbaycan yoxdur, bütöv Türk dünyası var. Türk dünyasının ortasında tapdalanmış, əsir edilmiş yanıqlı bir yer var”.  

Namidə Bingöl
   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama