Elm və təhsil naziri Emin Əmrullayev tarixçilərlə bağlı problemlərə toxunub.
Modern.az xəbər verir ki, bu barədə nazir Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə danışıb.
O bildirib ki, tarixçilərin çoxu son illərdə hüquqşünas ixtisasına qəbul ola bilməyənlərdir: “Bu gün abituriyentlər ixtisas seçimini bazara görə yox, özündən əvvəlki abituriyentin seçiminə görə edir. Mənim bununla bağlı fikirlərimi tələbələr haqqında məlumatlar da təsdiqləyər”.