Modern.az

Universitetlərin muxtariyyəti yenidən gündəmdədir

Universitetlərin muxtariyyəti yenidən gündəmdədir

Təhsil

13 Mart 2023, 10:33

Ali təhsil müəssisələrinin muxtariyyəti məsələsi bu gün gündəmdədir.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı ictimai dinləmədə bildirib.

 

“Universitetlərdə akademik muxtariyyətin olması çox önəmlidir. Bununla bağlı inkişaf etmiş ölkələrin təcrübələri var, onlardan istifadə edə bilərik. Amma bununla əlaqədar şərtlər olmalıdır. Digər tərəfdən bizim cəmiyyətin buna hazır olması lazımdır. Həmçinin maliyyə muxtariyyəti də önəmlidir, bunun təmin edilməsi ali təhsil müəssəsinin üzərinə düşür”, - deyə nazir çıxışında vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir