Bu gün vəkil Qurban Məmmədovun apellyasiya şikayətinə baxılıb. Modern.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə vəkilin azadlığı buraxılması ilə bağlı şikayəti təmin olunmayıb.
Qeyd edək ki, vəkil Qurban Məmmədov Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.
Modern.az