Modern.az

Xədicə İsmayıla 220 saatlıq iş kəsildi

Xədicə İsmayıla 220 saatlıq iş kəsildi

10 İyun 2013, 19:16


İsmayıllıya dəstək aksiyasında cərimələnən jurnalist Xədicə İsmayıl bu gün növbəti məhkəmə prosesi keçirilib. Proses Binəqədi rayon Məhkəməsində keçirlib. Modern.az-ın məlumatına görə, bu barədə X.İsmayıl facebook səhifəsində bildirib.

Belə ki, məhkəmənin qərarı ilə cəriməni indiyədək ödəməyən “Azadlıq” radiosunun əməkdaşı barəsində 220 saatlıq icbari əməklə məşğul olmaq barədə qərar qəbul edilib.

Xatırladaq ki, X.İsmayıl yanvarın 26-da Bakıda keçirilən İsmayıllıya dəstək aksiyasında tutulduqdan sonra 400 manat cərimələnərək azadlığq buraxılıb.

A.RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama