Modern.az

Nazir dövlət imtahanının ləğvindən danışdı - ÖZƏL

Nazir dövlət imtahanının ləğvindən danışdı - ÖZƏL

Təhsil

13 Mart 2023, 13:24

Ali təhsil müəssisələrində dövlət imtahanının ləğvi yeni məsələ deyil.

 

Bunu Modern.az-a açıqlamasında Elm və təhsil naziri Emin Əmrullayev bildirib.

 

Nazir xatırladıb ki, dövlət imtahanının ləğvi ilə bağlı qanun 2020-ci ildə təsdiq olunub.

 

"Yeni təhsil standartına görə, gələn il imtahan olmayacaq. Hazırda bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanı verməyəcəklər. Bu il dövlət imtahanı verənlər isə köhnə standartla təhsil alanlardır. Yəni 2020-ci ildə və sonra qəbul olunanlar dövlət imtahanı verməyəcəklər", - deyə nazir vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!