Modern.az

AŞPA-nın həmməruzəçiləri Azərbaycana gəlir

AŞPA-nın həmməruzəçiləri Azərbaycana gəlir

10 İyun 2013, 22:20

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri , İspaniya parlamentinin üzvləri Pedro Aqramunt və Cosef Debano Krax (Malta) ölkəmizə rəsmi səfər edəcəklər.

Modern.az-ın məlumatına görə, avropalı deputatların Bakı səfəri  iyunun 11-dən-13-dək davam edəcək. Səfərin əsas mahiyyəti isə Azərbaycanın Avropa Şurasına üzv olarkən götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyətini öyrənməkdir.

Qeyd edək ki, ölkəmizə səfər çərçvəsində AŞPA rəsmiləri  Milli Məclisin sədri, ədliyyə və daxili işlər nazirləri ilə görüşlər keçirəcəklər. Həmçinin onların Mərkəzi Seçki Komitəsinin sədri ilə də görüşü nəzərdə tutulmuşdur.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama