Modern.az

Ərdoğan aksiya iştirakçıları ilə görüşəcək

Ərdoğan aksiya iştirakçıları ilə görüşəcək

Təhsil

11 İyun 2013, 10:07

Türkiyədə Nazirlər Kabinetinin ötən gün keçirilən iclasında “Gəzi parkı” ilə bağlı etirazlar müzakirə edilib. Modern.az-ın türk KİV-lərinə istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə baş nazir Tayyib Ərdoğan aksiyanın təşkilatçıları ilə görüşəcək.

Baş nazirin müavini Bülənt Arıncın sözlərinə görə, görüş sabaha planlaşdırılıb.

Arınc Türkiyədə baş verən hadisələrdən təəssüf etdiyini deyərək bundan sonra dövlət tərəfindən qeyri-qanuni hərəkətlərə icazə verilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Türkiyədə artıq 14 gündür etiraz aksiyaları davam edir.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama