Modern.az

Türkiyədə qarşıdurma pik həddində - Polis Taksim meydanına daxil oldu

Türkiyədə qarşıdurma pik həddində - Polis Taksim meydanına daxil oldu

Təhsil

11 İyun 2013, 10:50



Modern.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində iki həftədir etirazçıların əlində olan Takim meydanına polis daxil olub. Səsgücləndiricilər vasitəsilə etirazçılara müraciət edən polis məqsədin yalnız Taksim meydanındakı Atatürk heykəli və Atatürk Mədəniyyət Mərkəzində asılan müxtəlif bayraqların və şüarların götürülməsi olduğunu bildirib.

Onların yerinə isə türk bayraqları asan polis meydanı hələ tərk etməyib. Polisə “Molotov kokteyli” atan bir qrup radikal gəncə su fişəngləri və qaz bombaları ilə cavab verilib. İstanbul valisi Hüseyn Avni Mutlu sosial şəbəkələr vasitəsilə etirazçılara müraciət edərək, “bu gündən siz bizim polis qardaşlarımıza əmanətsiniz” deyə etirazçıları sakitləşməyə səsələyib.

"CNN Türk" telekanalının xəbərinə görə, İstanbul polisi Taksim meydanına gedən yolları artıq bağlayıb. Hhazırda Taksimdə bəzi qruplar etiraz aksiyalarını davam etdirir.

Məlumatlara görə, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iyunun 12-də Taksim meydanında olan etirazçıların nümayəndələri ilə görüşəcək.




Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama