İstabnuldakı etiraz aksiyalarının təşkilatçıları bazar günü Taksim meydanında izdihamlı mitinq keçirəcək. Modern.az “İnterfaks”-a istinadən bildirir ki, bu barədə təşkilatçı komitənin nümayəndəsi məlumat verib.
“Növbəti bazar günü Taksimdə böyük mitinq gözlənilir. Polisin müdaxilə edib-etməyəcəyini biz bilmirik.”-deyə o bildirib. Nümayəndənin sözlərinə görə, polis aksiyanı növbəti dəfə dağıtsa da etirazçılar yenidən meydana toplaşır.
“İndi meydanda çoxlu insan var. Amma dünən futbol azarkeçləri çoxluq təşkil ediridsə, bugün müxtəlif Həmkarlar ittifaqları, rəssamlar və tələbələr çoxluq təşkil edir.”-deyə məlumat verib.
Eynui vaxtda yerli radiolardan birinin müxbiri Dilek Qaroğlunun məlumatına görə dinc İstanbul sakinləri polislə qarşıdurmaya getmirlər.
V. İsmayılov