İstanbulun Taksim meydanından yeni-yeni xəbərlər gəlməkdə davam edir. Polis meydan boyu yerləşdirilmiş süarları və plakatları çıxartmaq bəhanəsi ilə meydana daxil olub. Səhər vaxtı etirazçıların əksəriyyətinin yatmasından istifadə edən çevik polis qüvvələri sürətli həmlə ilə etirazçıların qurduğu barrikadaları dağıdıblar. Gözyaşardıcı qaz, rezin güllələr və su şırnağı vasitəsilə etirazçılara müdaxilə edən asayiş keşikçiləri meydanı tam nəzarətə alıblar. Əraziyə ağır texnika və əlavə 20 avtobuda canlı qüvvə cəlb olunub. Xəsarət alanlar və həbs edilənlər barədə məlumat dəqiqləşdirilir.
Vüqar İsmayılov