Modern.az

Ərdoğan bir daha Taksim aksiyalarından danışdı

Ərdoğan bir daha Taksim aksiyalarından danışdı

Təhsil

11 İyun 2013, 14:46


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Gəzi Parkından ağacların kəsilməsi ilə başlayan hadisələrlə bağlı danışıb. Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, R.T.Ərdoğan ilk gündən başlanan etirazın siyasi təşkilatların bu işə müdaxiləsi ilə başqa istiqamət almasını qeyd edib.

  “İki həftədir baş verən hadisələrin yaşıllıqları qorumaqla bağlı keçirilən aksiya olduğunu demək çətindir. Bu gün də daxil olmaqla bu hadisələrdə 4 nəfər-üç gənc ölərkən, bir nəfər də polis şəhid olub. Ankarada bütün avtobus dayancaqlarının, yeraltı keçidləri nə günə salındığını görürsünüz. Sizin ətraf aləmə qarşı hörmətiniz budurmu? Bunu edənlərə qarşı reaskiya verməyəcəksinizmi? Şiddət tətbiq edilən bu hadisələri dinc aksiya kimi qəbul etmək mümkün deyil. Hazırda Taksim Gəzi parkındakı aksiya ilə digər etirazlar arasında xətt çəkilməyə çalışılır. Vəziyyət elə də deyil. Taksim Gəzi Parkındakı etiraz dinc, demokratik aksiya kimi qələmə verilərkən, şiddət tətbiq edilən etirazların bununla əlaqəsi olmadığı qeyd edilir. Amma bu heç də qeyd edildiyi kimi deyil”.  

Aytən ƏLİYEVA
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama