Modern.az

Leyla Əliyevanın təşəbbüsü ilə keçən yürüş tamamlanmaq üzrədir

Leyla Əliyevanın təşəbbüsü ilə keçən yürüş tamamlanmaq üzrədir

Təhsil

11 İyun 2013, 15:02



Rusiyada mayın 6-dan “Bizim ümumi qələbəmiz” adlı layihə çərçivəsində Sankt-Peterburq-Bakı-Moskva marşrutu üzrə “Qələbə yolları ilə” adlı  beynəlxalq avtoyürüş başa çatmaq üzrədir. Avtoyürüş Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOР) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Gənclərlə iş üzrə Federal Agentliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (AMOР) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, “Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşün keçirilməsində məqsəd gənc nəslin vətənpərvərlik tərbiyəsi, MDB dövlətlərinin vətənpərvərlik cəmiyyətləri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, II Dünya Müharibəsi və vətənimizin tarixinə marağın artırılmasından ibarətdir. Sankt-Peterburq şəhərindən başlayan beynəlxalq avtoyürüş çərçivəsində 15 ədəd “Lifan” markalı avtomaşın və 1 ədəd “Qazel” markalı avtomobil Rusiyanın 19 şəhərindən keçərək Azərbaycana daxil olub.

Yürüş iştirakçıları Quba şəhərində “Naməlum əsgər” abidəsini ziyarət edib, Quba rayonu İcra Hakimiyyətinin rəhbərliyi, rayon gəncləri və II Dünya Müharibəsi veteranları ilə görüşwb. Onlar Heydər Əliyev muzeyi ilə tanış olduqdan sonra Quba Xalçaçılıq Mərkəzi, Tarix və Etnoqrafiya Muzeyini də ziyarət edib. Daha sonra onlar Qəbələ şəhərindəki “Qəbələnd” istirahət və əyləncə parkında olub. Növbəti gün yürüş iştirakçıları Böyük Vətən Müharibəsi Memorialını ziyarət edib, Qəbələ rayonu İcra Hakimiyyətinin rəhbərliyi, rayon gəncləri və Böyük Vətən Müharibəsinin veteranları ilə görüşüblər. Onlar daha sonra “Beltman” piano fabriki, Tarix-Etnoqrafiya Muzeyi, Nic qəsəbəsində yerləşən Alban kilsəsi, İdman-atıcılıq kompleksinə səfər ediblər.

Bakıya gəlmiş avtoyürüş iştirakçıları Fəxri Xiyabanı ziyarət edərək mərhum eks-prezident Heydər Əliyevinin məzarı önünə və iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun abidəsi önünə əklillər və gül çiçək dəstələri qoyublar. Bu gün iştirakçılar iyunun 11-də Bakı şəhərini tərk edəcək və Moskva istiqamətində yürüşü davam etdirəcəklər. Yürüş Moskva şəhərində təntənəli mərasimlə yekunlaşacaq.                

Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama