Modern.az

Hicabı çıxarmadılar - Kollecdən qovuldular

Hicabı çıxarmadılar - Kollecdən qovuldular

Təhsil

15 Mart 2023, 13:27

Rusiyanın Novoçerkassk Tibb Kolleci (Rostov vilayəti) 5 müsəlman tələbə qızı baş örtüyünü çıxarmaqdan imtina etdiklərinə görə kollecdən xaric edib.

 

Modern.az xəbər verir ki, təhsil müəssisəsinin rəhbərliyi hicabla dərsdə oturmağı daxili qaydaların pozulması hesab edib. Tələbə qızlar da öz növbəsində kollec rəhbərliyi ilə kompromis tapa bilməsələr məhkəməyə müraciət edəcəklərini bildiriblər.

 

Kollecin tabe olduğu Rusiya Səhiyyə Nazirliyindən hadisə ilə bağlı məlumat verərkən bildiriblər ki, mövcud qanunvericiliyə görə, təhsil müəssisəsi müstəqil şəkildə geyim qaydalarını müəyyən etmək hüququna malikdir və heç kim bu məsələdə kollecə təsir göstərə bilməz.

 

Dağıstan və Çeçenistan vətəndaşı olan tələbə qızlar üçün hicab qaydalarına riayət etmək zəruri hesab olunur. Buna görə də onlar təhsil müəssisəsinin tələblərini yerinə yetirməkdən imtina edirlər.

 

Kollecdən xaric edilən qızlar təhsil hüquqlarının pozulması ilə əlaqədar artıq Rusiya Milli Hüquqşünaslar Assosiasiyasına müraciət etdiklərini bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər