Modern.az

İlham Əliyev Əhməd Davudoğlunu qəbul edib

İlham Əliyev Əhməd Davudoğlunu qəbul edib

11 İyun 2013, 17:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunu qəbul edib. Modern.az AzərTAc-a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, yüksək səviyyədə görüşlərin və qarşılıqlı səfərlərin əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət etdiyi bildirilib.

Söhbət zamanı son vaxtlar Bakıda keçirilən mühüm beynəlxalq tədbirlərin ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.
Dövlət başçısı Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama