Modern.az

Prezidentə yazılan suallara cavab verildi

Prezidentə yazılan suallara cavab verildi

11 İyun 2013, 19:40

 

Prezident İlham Əliyevin facebook sosial şəbəkəsindəki profilində ölkə başçısına ünvanlanan suallar cavablandırılıb. Modern.az xəbər verir ki, bu barədə prezidentin facebook səhifəsində məlumat verilib:

“Hörmətli Facebook istifadəçiləri,

Göndərilən müraciətlər arasında seçilən suallar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məsul əməkdaşları tərəfindən cavablandırılmışdır. Bununla Informasiya texnologiyaları mövzusu ilə bağlı sualların qəbulu dayandırılır. Yaxın günlərdə yeni mövzu təyin ediləcək və sualların qəbulu elan olunacaqdır”-deyə bildirilib.

Qeyd edək ki, prezident İlham Əliyevin facebook səhifəsində müxtəlif sahələr üzrə məsul şəxslərin iştirakı ilə vətəndaşları maraqlandıran məsələlərlə bağlı verilən sualların cavablandırılacağı bildirilmişdi. İlk sual 2013-cü il Azərbaycanda İnformasiya Texnologiyaları ili olduğu üçün ilk bu mövzu ilə bağlı idi.

Mövzu ilə bağlı ölkə rəhbərinə xeyli sayda facebook istifadəçisi tərəfindən sual və təkliflən göndirilmişdi.

Modern.az

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama