Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 11-də paytaxtın Nəsimi rayonundakı Milli Qəhrəman Tahir Həsənov adına 23 nömrəli orta məktəbin binasında həyata keçirilən yenidənqurma işlərinin gedişi ilə tanış olub.
Mehriban xanım Əliyevaya məktəbin yenidənqurmadan əvvəlki və mövcud vəziyyəti ilə bağlı məlumat verilib.
Binanın layihəsi əsasında həyata keçirilən tədbirlərlə yaxından tanış olan birinci xanım yenidənqurma işləri ilə bağlı tövsiyə və təkliflərini söyləyib.
Modern.az