Milli Şuranın sədri, kinodramaturq Rüstəm İbrahimbəyovun Amerikaya səfəri çərçivəsində eks-spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevlə görüş keçirməsi haqda Modern.az-a məlumat daxil olub.
Milli Şuradakı mənbədən verilən məlumata görə, bir neçə gündür ki, Amerikada - Vaşinqtonda səfərdə olan Rüstəm İbrahimbəyov Milli Şuranın üzvü, müxalifətin əsas aparıcı qüvvələrindən olan Rəsul Quliyevlə görüşərək bir sıra məsələlər ətrafında müzakirələr aparıb.
Həmçinin yenicə təsis edilən Milli Şura üzvləri arasında hələ də razılaşdırılmayan məsələlərdən tutmuş, prezident seçkiləri və Rüstəm İbrahimbəyovun namizədliyinə kimi mühüm məsələlərin müzakirə olunduğu bildirilir.
Məlumatı dəqiqləşdirmək üçün Milli Şuranın yeni yeradılan İcra Katibliyilə danışmaq cəhdimiz nəticəsiz qaldı.
Modern.az-ın əməkdaşı da öz növbəmizdə Facebook sosial şəbəkəsi vasitəsi ilə dəfələrlə Rəsul Quliyevə müraciət edib. Eks-spiker Rüstəm İbrahimbəyovla görüşməsi haqda ona ünvanladığımız sualları oxusa da, cavab verməyib.Anar RÜSTƏMOV