Modern.az

Həkimlər işə qəbul üçün nazirliyə ərizə verirlər

Həkimlər işə qəbul üçün nazirliyə ərizə verirlər

Təhsil

12 İyun 2013, 11:50

Həkimlərin işə qəbulu ilə bağlı vakansiyalar üzrə ərizələrin qəbulu davam edir. Bu haqda Modern.az saytına açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib. O qeyd edib ki, iyunun 17-dək nazirliyin saytında qeyd olunan boş vakansiyalar üzrə həkimlərin ərizələrinin qəbulu aparılacaq.

“Hələlik imtahanın vaxtı məlum deyil, amma ərizələrin qəbulu davam edir. Həkimlərin işə test üsulu ilə qəbulu artıq daimi prosesdir və bundan sonra bu üsul tətbiq olunacaq”.  

Qeyd edək ki, həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə aparılır. 

Aytən ƏLİYEVA  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi