Modern.az

DİM sədri imtahanların çətin olmasına münasibət bildirdi

DİM sədri imtahanların çətin olmasına münasibət bildirdi

17 Mart 2023, 11:45

Bəzən imtahanların çətinliyi ilə bağlı ictimaiyyət nümayəndələri ziddiyyətli fikirlər səsləndirir.

 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

O qeyd edib ki, test sisteminin əzbərçiliyə səbəb olduğunu söyləyirlər.

 

"Ancaq müəyyən bacarıqları yoxlayan yazılı cavab tələb edən açıq tipli tapşırıqlardan istifadə olunanda çətindir deyirlər”, - Məleykə Abbaszadə vurğulayıb.

 

DİM sədri riyaziyyat fənninə dair suallarla bağlı səsləndirilən fikirlərə də münasibət bildirib: "Tapşırıqlar iştirakçıların yazılı cavablarının statistik təhlili əsasında bir daha araşdırılacaq və yekun qərarı ekspert komissiyası verəcək".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir