Modern.az

İmtahan sualları gizlincə çəkilir - DİM sədri

İmtahan sualları gizlincə çəkilir - DİM sədri

Təhsil

17 Mart 2023, 11:53

Biz buraxılış imtahanlarından sonra kitabçaları abituriyentlərə vermirik. Amma gizlicə sualların çəkilməsi və daha sonra müzakirələr aparılmasının hüquqi baxımdan nə dərəcədə doğru olub-olmaması da qiymətləndirilməlidir.

 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib.

 

O bildirib ki, Dövlət İmtahan Mərkəzinə irad bildirənlərin özlərinin nə ilə məşğul olduqlarına baxmaq lazımdır:

 

"Bu sualları və mətnləri gizlincə çıxaranlar özlərini düzmü aparırlar?! Bununla həm müəllimlərini, həm də valideynlərini stress vəziyyətinə salırlar. Mən abituriyentlərin müraciətinə də baxmışam. Kimlərsə öyrədilib, kimlərsə özü gəlmişdi".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir