Modern.az

Bakıda jurnalistin maşınına hücum olub

Bakıda jurnalistin maşınına hücum olub

12 İyun 2013, 14:18

İyunun 11-də «Amerikanın səsi» radiostansiyasının və «Turan» İnformasiya Agentliyinin əməkdaşı, «Obyektiv TV» on-line televiziyasının aparıcısı Tapdıq Fərhadoğlunun avtomobilinə hücum olub. Bu haqda “Azadlıq” radiosuna danışan jurnalist deyib ki, avtomobilini Caspian Plaza Biznes Mərkəzinin qarşısında, yol kənarında saxlayıb:

«Saat 16-da maşını orda qoyub, tədbirə getdim. Qayıdanda avtomobil salamat idi. Ancaq axşam 9-un yarısı işdən çıxanda gördüm ki, sol tərəfdən arxa maşının qapısını sındırıblar. Heç nə aparmayıblar, bir mikrofon olan çantamı götürüblər».

Tapdıq Fərhadoğlu baş verənlərin kriminal yoxsa peşə fəaliyyəti ilə bağlı olması haqda qəti fikir söyləmir:

«Ancaq bir onu deyə bilərəm ki, təşkil olunmuş işdir. Mənim maşınım yolun kənarında saxlanıb. Bu, işlək yoldur. Ordan hər saniyə adamlar, maşınlar keçir. Belə yerdə maşının sındırılması təsadüf deyil».

Jurnalist hadisəylə bağlı DİN-in «102» saylı növbətçi hissəsinə məlumat verib, Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsinə müraciət edib. Araşdırma başlanıb. Hələlik hadisənin səbəbi bəlli deyil. 

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama