Modern.az

Milli Şuranın təcili QAPALI toplantısı çağırıldı - Liderlər yığışır

Milli Şuranın təcili QAPALI toplantısı çağırıldı - Liderlər yığışır

12 İyun 2013, 15:09

Bu gün Milli Şurada üzv partiya liderlərinin Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovla görüşü keçiriləcək. Bu barədə Modern.az saytına Milli Şuranın üzvü Zəfər Quliyev məlumat verib.

Z.Quliyevin sözlərinə görə, görüşün əsas məqsədi Milli Şuranın İcra Aparatının tərkibinin müəyyən edilməsi və digər mühüm məsələlərdir.

Müxalifət liderlərinin görüşü, mətbuata qapalı keçiriləcək.

“Bu istiqamətdə intensiv işlər gedir. Dünən Eldar bəylə öz aramızda da bu məsələn xeyli müzakirə elədik. Bu gün Milli Şurada təmsil olunan siyasi partiyaların liderləri ilə Eldar Namazov görüşəcək. Görüşdə bir sıra məsələlər, o cümlədən də İcra Aparatın tərkibi, strukturu, Məşvərət Məclisi ideyası ilə bağlı müzakirələr aparılacaq. Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun məktubunda da qeyd olunduğu kimi, yaxın günlərdə - bir həftə ərzində bu məsələlər öz həllini tapacaq”-deyə Z.Quliyev bildirib.

Bu günkü görüşdə Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və digərlərinin iştirak edəcəyi gözlənilir.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama