Modern.az

Bayram Səfərov fransalı həmkarını qınadı: “Qanunsuzdur!”

Bayram Səfərov fransalı həmkarını qınadı: “Qanunsuzdur!”

12 İyun 2013, 15:21

“Hazırda ermənilərin nəzarəti altında olan Xocavənd rayonu ilə Fransanın Le-Pen-Merabo şəhərləri arasında qardaşlaşma haqqında bəyannamənin imzalanması heç bir hüquqi statusa malik deyil”. Bunu Modern.az-a  Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

“Fransa hökuməti və bu dövlətin icraedici, eləcə də qanunverici hakimiyyət orqanları bilməlidir ki, söhbət Azərbaycan Respublikasının ərazilərindən gedərkən separatçı şəxslərin hər hansı protokol imzalaması qanunsuz əməldir”. Bununla yanaşı, Bayram Səfərov bildirib ki Xocavənd rayonunun qardaşlaşma xəbəri növbəti təxribatından başqa bir şey deyil”.

Xatırladaq ki, Fransada səfərdə olan “Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri” Karen Mirzoyan ölkənin ikinci böyük şəhəri Marseldə bir sıra görüşlər keçirib. Görüşlər çərçivəsində Le-Pen-Merabo şəhərinə səfər edən “nazir” və şəhər meri Le-Pen-Mirabo şəhəri ilə Qarabağın Xocavənd şəhərinin qardaşlaşması barədə bəyannaməni imzalayıblar. Bəyannamədə iki şəhərin idman, mədəniyyət, ticarət və yerli icra orqanları səviyyəsində birgə layihələr keçirəcəyi qeyd olunub.      

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama