Modern.az

Milli Məclis sabah 7 məsələni müzakirə edəcək - SİYAHI

Milli Məclis sabah 7 məsələni müzakirə edəcək - SİYAHI

12 İyun 2013, 16:11

Sabah Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilək. İyunun 13-ə təyin olunan iclasın gündəliyinə  7 məsələ daxil edilib. Parlamentin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qanunverici orqan sabah bu məsələləri müzakirə edəcək:

1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin layihəsi haqqında. (üçüncü oxunuş)
 
2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
 
3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
 
4. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
 
5. "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə. (üçüncü oxunuş)
 
6. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə. (İkinci oxunuş)
 
7. "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə. (İkinci oxunuş)

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama