Modern.az

Qırıcılar Bakı səmasında - FOTOLAR

 Qırıcılar Bakı səmasında - FOTOLAR

12 İyun 2013, 17:18

İyunun 26-da Bakıda olacaq hərbi parada bu gün hazırlıq keçirilib. ANS PRESS-in məlumatına görə, Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və helikopterləri paytaxtın səmasında parada hazırlıq çərçivəsində təlim uçuşları keçirib. 

Əvvəl havaya təyyarələr qalxıbr. Təyyarələr Bakı buxtası, Azadlıq meydanı üzərindən uçuşlar həyata keçiriblər. Səmada təyyarələr 5-lik və 3-lük şəklində uçub. Onlar rəngli tüstülərlə Azərbaycan bayrağının əksini yaradıblar. Daha sonra təlimə hərbi helikopterlər qoşulublar.

Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında MiQ-21, MiQ-25, MiQ-29, Su-17, Su-24, Su-25 və digər hərbi təyyarələr var.

Qeyd edək ki, bu Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunan parad müstəqillik dövründə Silahlı Qüvvələrin dördüncü hərbi paradı olacaq. İlk hərbi parad 1992-ci il oktyabrın 9-da, ikinci hərbi parad 2008-ci, üçüncü hərbi parad isə 2011-ci il iyunun 26-da keçirilib. Paradda Azərbaycan Silahlı Qüvvələrinin nailiyyətlərinin, son illərdə sahib olduğu ən müasir silah və hərbi texnikaların nümayişi nəzərdə tutulur.






Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama