Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bu gün Bakı vaxtı ilə saat 6-da “Gəzi olayları” ilə bağlı bir görüş keçirəcəyi gözlənilir.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazirlə görüşəcək 11 adamdan yeddisinin adı bəlli olub. Toplantıda Türkiyənin daxili işlər naziri Müəmmər Gülər, mədəniyyət və turizm nazir Ömər Çəlik də iştirak edəcək. Baş nazir sabah məşhur aktrisa Hülya Avşarla da görüşəcək.
Modern.az