Modern.az

Polad Alemdar Ərdoğanla görüşündən danışdı - FOTO

Polad Alemdar Ərdoğanla görüşündən danışdı - FOTO

13 İyun 2013, 09:35


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ötən gün Türkiyədə tanınan 11 sənət adamını qəbul edib. Modern.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, mətbuata qapalı keçən görüşdə Taksimdə baş verən “Gəzi parkı olayları” ilə bağlı da müzakirələr olub.
Baş nazirlə keçirilən görüçdə məşhur “Kurtlar Vadisi” serialında Polat Alemdar rolunu oynayan aktyor Necati Şaşmaz da iştirak edib.

Görüşdən sonra mediaya açıqlama verən Necati Şaşmaz deyib:
"Təxminən 2 həftədir hər kəs kimi “Gəzi parkı hadisələri”nə çox təəssüf edirəm. Təəssüf ki, Türkiyəmiz buna layiq deyil. Hesab edirəm bizə nəzər dəydi. Bizim dinləyən bir cəmiyyət olmamız lazımdır. Twitter-imizdən məlumatlar alırıq, amma yanlış məlumatlar da oldu. Bizim ünsiyyət qopuqluğumuz var. Bu mövzudakı hiss etdiklərimi hörmətli Baş nazirə çatdırmaq istədim. Əslində susqunluğumu 10 gün boyunca qorudum. Hadisələri izlədim, fövri çıxışlar da edə bilərdim. Amma nələr olacağını gözlədim. O dövrdə mənim Gəzii parkına getdiyim şəklində xəbərlər dərc olundu. Amma mən Gəzi parkına getmədim. Bu səbəbdən məni orada tərəf göstərmələrindən narahatlıq duydum.  Bu insanları zorakı tərəf etməyə itələməməli məncə. “Gəzi parkı olayları” bütün dünya gözündə hamımız üçün kədərli bir hadisədir”.

Necati Şaşmaz deyib ki, Türkiyədə əmin-amanlıq, Türk milləti əmin olmağa davam edəcək.

”Biz demokratik ifadələrimizi yalnız sözlərimizlə deyil, gerçəkdə də göstərə bilsək kaş ki. Əlbəttə ki, gözəl şeylər olsun istəyirik. İnşallah olar da. Bizim alimlərə, sosioloqlara bilim adamlarına ehtiyaclarımız var. Mənim söyləyəcəyim budur ki, bir-birimizi Allah üçün sevək. İnşallah hamımıza Allah dözüm versin. Mənə görə bu ölkəyə nəzər dəymişdir. Kimsə istəməz bu ölkənin pis vəziyyətə düşməsini. İnşallah bunlar da keçəcək".  

Necati Şaşmazın sözlərinə görə, o, baş nazirə təklif edib. “Dedim ki, bir gün birlikdə gedək Gəzi parkına. O da təbii ki, “nədən olmasın” dedi".  

Daha sonra Necati Şaşmazın bəzilərini narazı salan açıqlama verib:

“Gəzi Parkına niyə getmərəm? Bir tərəfdə “Atatürkün əsgəriyəm” deyənlərlə, “təşkilatın əsgəriyəm” deyənlərlə eyni ortamı paylaşmaq Atatürkə təhqirdir. Dəyərlərimizi məhv etməyə çalışırlar. Orda səmimi dostlarımın yanında olmağı mən də istərdim. Hər tərəf Türk bayrağı olsa, inanın ki, mən də ordayam”.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama