Modern.az

Qənirə Paşayeva TQDK-nın hesabatından dəhşətə gəldi

Qənirə Paşayeva TQDK-nın hesabatından dəhşətə gəldi

13 İyun 2013, 10:26


Deputat Qənirə Paşayeva buraxılış imtahanları ilə bağlı açıqlama ilə çıxış edib: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyunun 7-də 18 şəhər və rayonunda IX və XI sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarında məzunların aldıqları qiymətlərlə bağlı hesabatı oxuyub dəhşətə gəlirəm". 

İyunun 7-də keçirilən buraxılış imtahanında IX sinif şagirdlərinin 87.45, XI sinif şagirdlərinin isə 60.71 faizi “2” alıb. Deputatın fikrincə, bunlar dəhşətli rəqəmlərdir:

“Amma ən dəhşətlisi odur ki, IX sinif şagirdlərinin təxminən yarısı ana dilindən “2” alıb. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib ki, IX sinif şagirdlərinin 46.59 faizinə ana dilindən “2”, 36.33 faizinə “3”, 11.77 faizinə “4”, 5.31 faizinə “5” verilib. Yəni cəmi 16 faiz şagird öz ana dilindən yaxşı və əla qiymətlərə layiq görülüb.
XI siniflərə gəlincə, şagirdlərin 29.34 faizi ana dilindən “2”, 43.57 faizi “3”, 19.15 faizi “4”, 7.93 faizi “5” alıb. Pis nəticələr göstərən məktəblərin problemləri araşdırılmalı və təcili tədbirlər görülməlidir. Ümid edirəm ki, təhsil naziri Mikayıl Cabbarov bu nəticələrlə bağlı ciddi araşdırmalar aparılması üçün göstəriş verəcək və qısa zamanda bu vəziyyətin aradan qaldırılması istiqamətində lazımı tədbirlər görüləcək. Şagirdlərin xüsusilə ana dili fənnindən bu qədər pis nəticələr göstərməsi insanı çox ağrıdır”.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama