Modern.az

Dillər Universiteti Aydın Mirzəzadənin təklifinə rəy bildirdi

Dillər Universiteti Aydın Mirzəzadənin təklifinə rəy bildirdi

13 İyun 2013, 12:25


Erməni dili fakültə olaraq ayrıca mövcud deyil. Bununla yanaşı, ADU-da regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Qafqazşünaslıq ixtisası üzrə proqramda erməni dili tədris olunur”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova millət vəkili Aydın Mirzəzadənin erməni dilinin universitetlərdə ayrıca dil kimi tədris olunması fikrinə münasibət bildirib. Onun sözlərinə görə, Qafqazşünaslıq ixtisasında, ümumilikdə Qafqaz xalqlarının, buradakı bütün millətlərin, qədim, eyni zamanda daha sonra Qafqaza köç etmiş bir sıra xalqlar və millətlərin, o cümlədən ermənilərin dili, adət-ənənəsi, tarixi öyrənilir.

“Doğru deyirsiniz, düşməni məhv etmək istəyirsənsə, ilk öncə onun dilini, mədəniyyətini, adətlərini bilməli və bunun da köməyi ilə onun psixologiyasına daha yaxından bələd olaraq zəif yerini daha tez tapmaq və onu məhv etmək prinsipi mövcuddur. Təbii ki, bizim Ermənistanla müharibə şəraitində olduğumuz məlumdur. Qeyd etdiyim kimi, bizdə Qafqazşünaslıq ixtisası çərçivəsində erməni dili dil kimi tam tədris olunur. Əslində ayrıca fakültə və ya ixtisas statusu burada məsələnin sırf texniki tərəfidir. Əsas odur ki, bu gün bizim tələbələr xüsusi tədris proqramı ilə bu dili öyrənirlər. Bununla yanaşı, həmin ölkə üzrə ixtisaslaşmış kadrlar kimi yetişirlər. Bu, hansısa dilin mənimsənilməsi ilə yanaşı, sözügedən ölkənin və ya xalqın, millətin daha geniş və hərtətərəfli öyrənilməsinə rəvac verir. Qafqazşünaslıq ixtisasında Azərbaycanşünas, gürcüşünas, ermənişünas və digər qruplar mövcuddur”.

Qeyd edək ki, erməni dilinin tədrisi ilə bağlı Bakı Dövlət Universitetində Erməni Araşdırmaları Mərkəzi fəaliyyət göstərir ki, burada sözügedən sahə üzrə mütəxəssislər hazırlanır.  

Aytən ƏLİYEVA
 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama