Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Sabir Rüstəmxanlı Azərbaycanın tarixi şəxsiyyətlərinin təhqir olunmasından danışıb. Modern.az xəbər verir ki, millət vəkili ARDNŞ-in maliyyə dəstəyi ilə Türkiyənin “Kanal 24” televiziyasında yayımlanan verilişdə Şah İsamyıl Xətainin aşağılanmasına etiraz edib.
“Tariximizə qarşı son zamanlar düşmənçilik meylləri artır. Xüsusən də son günlər Türkiyə mətbuatında Azərbaycanın görkəmli tarixi şəxsiyyəti Şah İsmayıl Xətai aşağılanır. Xüsusən də Türkiyənin “Kanal 24” televiziya kanalında Şah İsmayıl Xətai haqda aşağılayıcı veriliş yayımlanıb. Bu verilişi də SOCAR alıb. Mən başa düşmürəm ki, belə şəxsiyyətlər haqqında belə səhvlərə niyə yol verirlər”-deyə deputat etirazını bildirib.
Modern.az