Modern.az xəbər verir ki, Milli Məclisin növbədənkənar sessiyasında çıxış edən millət vəkili Qənirə Paşayeva magistrantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinə toxunub. O bildirib ki, 2012-2013-cü tədris ili başa çatır, məsələyə baxılmalıdır.
“Zaman-zaman magistrantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı fikirlər səsləndirilir. Amma bu məsələ tam dəqiqləşməyib və tədris ili başa çatdığından magistrantlar narahatdırlar. Onlar dövlətə müraciət edirlər ki, bu məsələ nə yerdə qalacaq və sonu necə olacaq? Hesab edirəm ki, problem mütləq öz həllini tapmalıdır. Və onlara hərbi xidmətdən möhlət hüququ verilməlidir”.
Daha sonra Qənirə Paşayeva “qəhrəman ana”larla bağlı məsələyə toxunub. O bildirib ki, Ailə, Qadın, Uşaq Dövlət Komitəsindən Milli Məclisə qanun layihəsi təqdim olunub. ““Qəhrəman ana, eyni zamanda çoxuşaqlı ailələrlə bağlı məsələyə Milli Məclisdə baxılmalıdır. Çünki bu çox vacib olan bir məslədir”.
Modern.az