Modern.az

ATƏT-dən Xankəndi aeroportu ilə bağlı kritik AÇIQLAMA

ATƏT-dən Xankəndi aeroportu ilə bağlı kritik AÇIQLAMA

13 İyun 2013, 15:25


“Dağlıq Qarabağ məsələsi mürəkkəbdi və hər an partlayış baş verə bilər.” Bu sözləri ATƏT-in dondurulmuş münaqişələr üzrə komissiyasının sədrinin xüsusi nümayəndəsi Andrey Deşiça Kiyevdə Strateji Disskusiya klubunda çıxışı zamanı deyib.

“Yerevan ilə Dağlıq Qarabağ arasında aviauçuşların həyata keçirilməsi ilə daim təhlükədə olan vəziyyətdə partlayış verə bilər.”

Nümayəndənin sözlərinə görə iki ölkə başçısının görüş keçirmək istəməməsi təhlükə yaradır. Deşiçanın sözlərinə görə, ATƏT-də sədrlik edən Ukrayna Azərbaycan və Ermənistan prezidentlərinin tezliklə görüşməsi üçün təklif verib. 

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama