Modern.az

DSX-nin Xüsusi Məktəbinə qəbul keçiriləcək - Bu tarixdə

DSX-nin Xüsusi Məktəbinə qəbul keçiriləcək - Bu tarixdə

Təhsil

27 Mart 2023, 12:53

Aprelin 2-də Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib ki, şagirdlər və ya onların valideynləri imtahana buraxılış vərəqəsini DİM-in internet saytından çap edə bilərlər.

 

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.

 

Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

 

- şəxsiyyət vəsiqəsini (vəsiqədə şəkli olmayan şagirdlər təhsil aldıqları təhsil müəssisəsi tərəfindən verilən arayışı (arayışa şagirdin 3x4 ölçülü şəkil yapışdırılır və şəkil möhürlə təsdiqlənir);

 

- imtahana buraxılış vərəqəsini.

 

İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə buradan tanış olmaq mümkündür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı