“Yüz faiz əminliklə deyə bilərəm ki, Barak Obama, Vladimir Putin və Fransua Olland Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat qəbul edəcəklər”. Modern.az APA-ya istinadən xəbər verir ki, bu bəyanatla Rusiya prezidentinin köməkçisi Yuri Uşakov çıxış edib.
Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri G-8 sammiti çərçivəsində üç sənəd imzalamağı planlaşdırır. Bundan başqa Barak Obama, Vladimir Putin və Fransua Olland Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat imzalayacaqlar. Bəyanatın G-8 sammiti çərçivəsində qəbulu gözlənilir.
M odern.az