“İslam Partiyası nəinki Milli Şuradan uzaqlaşmaq istəyir, əksinə orda say etibarilə daha çox təmsil olunmaq arzularını bildiriblər”. Bunu Modern.az-a Milli Şura üzvü, “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev bildirib. Eldəniz Quliyev əlavə edib ki, onda olan son məlumatlar bundan ibarətdir.
Xatırladaq ki, İslam Partiyasının sədr əvəzi Elçin Manafov bildirib ki, əgər Milli Şurada vahid namizədlə bağlı məsələ müəyyənləşməzsə, həmin birlikdə təmsil olunmaqdan imtina edəcəklər.
Aqşin KƏRİMOV