Modern.az

Kolleclərə qəbul olmaq istəyənlərin sayı açıqlandı

Kolleclərə qəbul olmaq istəyənlərin sayı açıqlandı

10 Aprel 2023, 18:23

Ümumi (9 illik) orta təhsil bazasında 2023/2024-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclər) tələbə qəbul davam edir.

 

Modern.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, bu gün saat 18:10-a olan məlumata görə, 16 min 739 (Azərbaycan bölməsi -16 min 249; rus bölməsi - 490) abituriyent ərizəsini təsdiq edib.

 

Ərizə qəbulu aprelin 24-dək internet vasitəsilə aparılır. Abituriyentlər DİM-in ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra müvafiq səhifəyə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər.

 

Sənəd qəbulu haqqında elanın tam mətni Mərkəzin saytında yerləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi