İngiltərənin Kardiff Universitetinin tələbələri elmi məqalələrini yazmaq üçün məşhur "ChatGPT" süni intellekt proqramından istifadə ediblər.
Modern.az BBC-yə istinadən xəbər verir ki, tələbələr bu proqramdan istifadə etdiklərini etiraf ediblər.
Süni intellekt tərəfindən yazılan məqalələr akademik cəhətdən yaxşı nəticə göstərib, onlardan bəziləri ən yüksək balla qiymətləndirilib. 2500 sözdən ibarət olan məqalələrin bəziləri tələbələrin özləri tərəfindən yazılanlardan daha yüksək bal alıb.
Elmi məqalələr akademik cəhətdən sağlam olsa da, onların süni intellekt tərəfindən yazılmasının nə qədər düzgün olduğu müzakirələrə səbəb olub.
Qeyd edək ki, "ChatGPT" sistemi insanın dilini başa düşür və təfərrüatlı şəkildə insan kimi mətn hazırlaya bilir. İstifadəçilər süni zəkadan esse, şeir və ya skript yazmağı, hətta mətni tərcümə etməyi və ya ümumiləşdirməyi istəyə bilərlər. O, həmçinin müxtəlif mövzularda suallara cavab verməyi və ya kodlaşdırma problemlərini həll etməyi də bacarır.