Modern.az

Vakansiyaların gizlədilməsi mümkün deyil - NAZİR

Vakansiyaların gizlədilməsi mümkün deyil - NAZİR

Təhsil

11 Aprel 2023, 17:16

"Məktəblərdə vakansiyaların gizlədilməsinin mümkün olacağına inanmıram".

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

Onun sözlərinə görə, təhsil müəssisələrində vakansiyaların hesablanması tamamilə avtomatlaşdırılıb.

 

"Vakansiyaların gizlədilməsi hallarına inanmıram. Sadəcə olaraq bəzi məktəblərdə müəllim sayı zəruri olduğundan çoxdur. Məktəblər var ki, 4 sinifə 24 müəllim düşür. Belə olan halda hansısa müəllim pensiyaya çıxanda, biz o yerə vakansiya elan etmirik. Bəzən anlaşmazlıq yaranır ki, filan məktəbdə hansısa müəllim gedib, lakin yeri vakansiyaya çıxarılmayıb. Belə istisna halların izahı var", - deyə nazir vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi