Modern.az

Regionlar üzrə ən çox bal toplayanlar - Şirvan-Salyan bölgəsinin ABİTURİYENTİ

Regionlar üzrə ən çox bal toplayanlar - Şirvan-Salyan bölgəsinin ABİTURİYENTİ

Təhsil

12 Aprel 2023, 18:18

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 5 və 12 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.

5 mart tarixli buraxılış imtahanının nəticələri artıq ictimaiyyətə açıqlanıb. DİM-in məlumatına görə, Bakı şəhərindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Arif Nəriman oğlu Hacıyev 296.7 bal toplamaqla ölkə üzrə ən yüksək nəticə göstərən abituriyent olub. 

Bəs Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış abituriyentlər kimlərdi?


Modern.az xəbər verir ki, AzEdu.az təhsil portalı bu sualın cavabını tapmaq üçün kiçik araşdırma aparır.

Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdlər oxuculara təqdim olunur.

İlk araşdırma yazısı Şirvan-Salyan Regional Tədris İdarəsi ilə bağlıdır. Qeyd edək ki, bu regional idarə Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Salyan və Neftçala rayonlarının məktəblərini əhatə edir

Şirvan-Salyan Regional Tədris İdarəsindən sorğuya cavab olaraq bildirilib ki, həmin bölgədə 5 mart tarixli buraxılış imtahanından ən yüksək nəticə göstərmiş şagird 285 bal toplayıb.

Bu, Elton Həbibov adına Neftçala şəhər 4 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Şövqi Əli oğlu İsayevdir

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU