Uşaq bağçalarında çalışan tərbiyəçi-müəllimlərin sertifikasiyadan keçirilməsi ilə bağlı Elm və Təhsil Nazirliyində işlərə başlanılıb.
Modern.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun müdiri İlahə Rəsulova deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, bununla bağlı müvafiq normativ sənədlərin hansı formada hazırlanması müəyyənləşməlidir:
"Bu istiqamətdə nazirlikdə işlərə başlanılıb. Hədəf 2026-cı ilədək bütün tərbiyəçi-müəllimlərin sertifikasiyadan keçirilməsidir".